Bank Of Baku

Misir paytaxtında sakitlik bərpa olunub

Misir paytaxtında sakitlik bərpa olunub
# 29 yanvar 2011 07:53 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, küçələrdə nə yol polislərinə, nə də polis postlarına rast gəlmək mümkündür.

Yollarda zibil topaları və yanmış avtomobillər var. Ordu yalnız strateji obyektləri nəzarət altına alıb - Təhrir meydanını və burada yerləşən Misir muzeyini, Milli Televiziyanın və Xarici İşlər Nazirliyinin binalarını bir neçə ZTR qoruyur.

Hakim Milli-Demokrat Partiyasının qərargahı yanmaqda davam edir. Bütün ölkədə mobil rabitə və internet işləmir. Küçələrin əksəriyyətində hakimiyyət nümayəndələrinə rast gəlinməsə də, nümayişçilərlə güc strukturları arasında toqquşmalar müşahidə olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR