Bank Of Baku

Misirdə həlak olanların sayı 100 nəfərə çatıb, ordu xalqa atəş açmaqdan imtina edir

Misirdə həlak olanların sayı 100 nəfərə çatıb, ordu xalqa atəş açmaqdan imtina edir
# 29 yanvar 2011 14:48 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən məlumatına görə, hazırda meydanda azı 50 min nümayişçi var.

Misir muzeyinin yaxınlığında olan meydan hərbçilərin əhatəsindədir. Lakin hərbçilərlə nümayişçilər arasında hər hansı qarşıdurma qeydə alınmayıb. Əksinə, tərəflər arasında çox mehriban münasibətlər müşahidə olunur. Aksiya iştirakçıları şüar qışqırmağa dayandırıblar və dünənki iğtişaşlardan sonra ətrafda qalaqlanmış zibilləri yığışdırmaqla məşğul olurlar. Bununla onlar başsız kütlə deyil, sivil cəmiyyətin bir parçası olduqlarını nümayiş etdirirlər.

Bu arada Misir Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu gün ABŞ-dan Qahirəyə qayıdıb. Artıq ordunun son hadisələrlə bağlı mövqeyinin aydın olduğu və xalqa qarşı silah işlətməyəcəyi bildirilir. Bu xüsusda hərbi komandanlıq və Prezident Administrasiyası arasında ciddi gərginlik yaranıb.

Son xəbərlərə görə, iğtişaşlar nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR