Bank Of Baku

Hərbiçilər və könüllülər Qahirə küçələrində talançılara qarşı mübarizə aparmağa çalışırlar

Hərbiçilər və könüllülər Qahirə küçələrində talançılara qarşı mübarizə aparmağa çalışırlar
# 29 yanvar 2011 20:50 (UTC +04:00)
Bakı-APA. Qahirədə hərbiçilər və könüllülərdən ibarət dəstələr mağazaları, mənzilləri və hətta xəstəxanaları qarət edən talançıları saxlayırlar.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Misir hərbiçiləri ölkədə mühüm obyektləri mühafizəyə alıblar. Bura nazirliklər, televiziya, körpülər, eləcə də xarici ölkələrin səfirlikləri aiddir.
Polis əməkdaşları, yol polisi daxil olmaqla şəhərin küçələrindən tamamilə çəkiliblər.
Əhali öz gücünə asayişin qorunması və nəqliyyatın hərəkətini təmin etməyə cəhd edir. Şəhərdə bunun üçün könüllülərdən ibarət dəstələr təşkil olunur.

Xatırladaq ki, yanvarın 25-dən Misirdə Hüsni Mübarək hakimiyyəti əleyhinə kütləvi etiraz aksiyaları baş qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR