Bank Of Baku

ABŞ-ın xüsusi nümayəndəsi Qahirəyə gəlib

ABŞ-ın xüsusi nümayəndəsi Qahirəyə gəlib
# 01 fevral 2011 01:53 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət departamentinin nümayəndəsi Frenk Uizner Qahirədədir. O burada hökumət və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcək. Bu barədə Dövlət departamentinin rəsmi nümayəndəsi Filip Krouli məlumat verib.

O bildirib ki, Uizner Qahirəyə yerli siyasi dairələrlə əlaqələri olan bir şəxs kimi göndərilib. Uiznerin vəzifəsi hakimiyyətdə olan qüvvələri prezident seçkiləri və demokratik islahatlar keçirməyə inandırmaqdır. Səfərin nəticələri barədə Uizner ABŞ rəhbərliyinə məruzə edəcək.

Uizner 1986-1991-ci illərdə ABŞ-ın Misirdəki səfiri olub.

Misirdə kütləvi etiraz aksiyaları yanvarın 25-dən başlayıb. Nümayişçilər prezident Hüsni Mubarəkin istefasını, korrupsiya ilə mübarizə və iqtisadi islahatlar keçirməyi tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR