Bank Of Baku

Müxalifət Mübarəkə cümə gününə qədər vaxt verib

Müxalifət Mübarəkə cümə gününə qədər vaxt verib
# 01 fevral 2011 03:34 (UTC +04:00)
Bakı-APA. Misir müxalifəti - Kifayə hərəkatı, 6 Aprel hərəkatı, Vafd partiyası, Qad partiyası və Müsəlman Qardaşların bəzi üzvləri, prezident Hüsni Mübarəkə cümə gününə qədər iqtidardan getməsi üçün ultimatum veriblər.

Qahirənin Təhrir meydanında keçirilən aksiyada bu dəfə ABŞ əleyhinə şüarların olması diqqəti cəlb edib. «Hüsnü, ABŞ-a get», «ABŞ, əgər xoşuna gəlirsə, Hüsnünü qəbul et» kimi şüarlar ilk dəfədir ki, aksiyada səsləndirilir.

Bu arada, Misirin nüfuzlu dini lideri Əl Əzhər şeyxi Əhməd əl Tayyib dövlət televiziyası ilə etdiyi müraciətdə ordunun ünvanına xalqa qarşı silah tətbiq etmədiyi üçün xoş sözlər işlədib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR