Bank Of Baku

Misir paytaxtının əhalisi Qahirənin baş meydanına toplaşmağa başlayıb

Misir paytaxtının əhalisi Qahirənin baş meydanına toplaşmağa başlayıb
# 01 fevral 2011 09:24 (UTC +04:00)
APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, “6 aprel” adlı müxalifət təşkilatı bu gün “Milyon nəfərlik marş” təşkil olunacağını açıqlayıb. Nümayişçilərin əsas tələbi prezident Hüsnü Mübarəkin istefasıdır.

Meydanın ətrafındakı hərbçilər insanların meydana girişinə mane olmur. Ordu nümayişçilərə atəş açmayacağını bəyan edib. Əhalini zorakılıqdan çəkinməyə çağıran ordu rəhbərliyi vətəndaşların qanuni hüquqlarını müdafiə edəcəyini bildirib. Qahirə küçələrində polis gözə dəymir.

Misirin digər böyük şəhəri İsgəndəriyyədə də kütləvi aksiyanın keçirilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR