Bakıda daha bir nəfər dənizdə batıb

Bakıda daha bir nəfər dənizdə batıb
# 30 iyun 2016 16:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir nəfər dənizdə batıb.

Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu ün Sahil qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini, 21 yaşlı Vüqar Nəriman oğlu Osmanov qadağan olunmuş ərazidə çimərkən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR