1 və 15 saylı cəzaçəkmə müəssisələrində səsvermə davam edir

1 və 15 saylı cəzaçəkmə müəssisələrində səsvermə davam edir
# 26 sentyabr 2016 10:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 1 və 15 saylı cəzaçəkmə müəssisəsində səsvermə keçirilir.


APA-nın məlumatına görə, 24 saylı Nizami Seçki Dairəsinin 1 saylı cəzaçəkmə müəssisəsində yaradılan 33 saylı məntəqəsinin sədri Azər Səfərov bildirib ki, məntəqədə ümumilikdə 1015 seçici iştirak edir.

Məhkum Rəşad Əlizadə i bildirib ki, səsvermə hüququndan istifadə edib. Onun sözlərinə görə, seçicilərə heç bir təzyiq göstərilmir.

Digər məhkum Fikrət Həsənov bildirib ki, səsvermə prosesindən əvvəl onlara referendumun mahiyyəti izah olunub.

15 saylı cəza çəkmə müəssisəsində yaradılan 35 saylı seçki məntəqəsində də səsvermə davam edir. Məntəqənin sədri Məzahir Əhmədov bildirib ki, müəssisədə 743 məhkum seçici var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR