Ukraynada azərbaycanlılar yəhidilərlə birlikdə irimiqyaslı aksiya təşkil edib

Ukraynada azərbaycanlılar yəhidilərlə birlikdə irimiqyaslı aksiya təşkil edib
# 29 yanvar 2016 17:53 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Kiyevdə Ukraynada yaşayan yəhudilərə bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən dəstək aksiyası nümayiş olunub.

Ukrayna Millətlər Assambleyasından (UMA) APA-ya verilən məlumata görə, dünya tarixində yəhudilərin soyqırımını özündə əks etdirən Holokost qurbanlarının xatirəsini yad edilməsi münasibəti ilə Kiyevdəki Aktyor Evində Beynəlxalq Holokost qurbanlarının xatirəsinin anım gününə həsr edilmiş "6 milyon ürək" adlı xatirə gecəsi keçirilib.

Belə ki, gecə Ukrayna Yəhudi Fondu, İsrail Mədəniyyət Mərkəzi və İsrailin Ukraynadakı səfirliyinin dəstəyi ilə Ukrayna yəhudi forumu və Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev tərəfindən təşkil olunub. Holokost qurbanlarının anımı üzrə Ümumukrayna aksiyasında yekun olan tədbirdə Ukrayna dövlət xadimləri, dövlət orqanlarının nümayəndələri, diplomatik nümayəndəliklərin rəhbərləri, Ukrayna millət vəkilləri, dini və ictimai xadimlər, jurnalistlər iştirak edib.

Ukrayna yəhudi forumunun prezidenti Arkadi Monastırski yəhudilərinin faciəli səhifələrini vərəqləyərək Holokost qurbanlarının xatirəsini yad etmək məqsədilə təşkil edilən Ümumukrayna aksiyasından danışıb. Forum rəhbəri tədbir iştirakçılarına Ukrayna Ali Radasının başçısı Vladimir Qroysmanın müraciətini oxuyub. Rövşən Tağıyev isə XX əsrdə bütün bəşəriyyətin faciəsi olan Holokostun xatırlanmasının və Ukraynada dinlərarası və millətlərarası sülh və harmoniyanın qorunmasının vacibliyindən danışıb. O qeyd edib ki, bu gün, XXI əsrdə də təəssüf ki, biz dünyada milyonlarla insanın öldürüldüyü Holokostdan dərs çıxarılmadığını və etnik münaqişələrin davam etdiyini görürük. R.Tağıyev həmçinin Holokost qurbanlarının xatirəsinə şam yandırıb. Xatirə gecəsində öz dövlətlərinin adından eyni zamanda ABŞ-ın Ukraynadakı səfiri Ceffri Paett və Ukraynada Polşa səfiri funksiyalarını icra edən Rafal Volski çıxış edib.

Tədbirin gedişində İkinci Dünya müharibəsi zamanı həlak olmuş altı milyon yəhudinin xatirəsinə həsr olunmuş rəmzi altı şam yandırılıb. Şamların yandırılmasında Ukraynanın baş nazirinin müavini, mədəniyyət naziri Vyaçeslav Kirilenko, İsrailin Ukraynadakı səfiri Eliav Belotserkovski, Nobel mükafatı laureatı və məşhur alim Dan Şextman, Almaniyanın Ukraynadakı səfiri Kristof Vayl, Rumıniyanın Ukraynadakı səfiri Kornel İonesku, Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev, Getto və konslagerin keçmiş yəhudi məhbusları Assosiasiyasının sədri Boris Zabarko və Kiyev şəhərinin Dünya Xalqlarının Möminləri Assosiasiyasının sədri Sofia Yarovaya iştirak edib. Tədbirdə Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev, Bolqarıstan, Makedoniya, Gürcüstan, Litva, Belarusun diplomatik missiyaların rəhbərləri, BMT-nin Ukrayna nümayəndəliyinin rəhbəri Nil Uoker iştirak edib. Xatirə gecəsi milli və beynəlxalq yarışların laureatları, kvartet simli alətlərlə ifada Ukraynada məşhur olan "Kordes" qrupunun və Ukrayna Milli Opera solistlərinin ifasında səslənən musiqili kompozisiya ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR