İrandan Səudiyyə Ərəbistanına Ümrə və Həcc ziyarətləri dayandırılıb

İrandan Səudiyyə Ərəbistanına Ümrə və Həcc ziyarətləri dayandırılıb
# 07 yanvar 2016 14:08 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranın Nazirlər Kabinetinin bu gün keçirilən fövqəladə toplantısında Səudiyyə Ərəbistanından ölkəyə bütün növ məhsulların idxalının qadağan olunmasına qərar verilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran prezidentinin rəsmi saytında (president.ir) bildirilib. Məlumata görə, Nazirlər Kabineti Səudiyyə Ərəbistanda istehsal olunan və ya bu ölkədən ixrac edilən malların İranın bütün gömrük və sərhəd buraxılış məntəqələrindən (xüsusi iqtisadi və azad zonalar daxil) ölkəyə girişini qadağan edib. Həmçinin qərara alınıb ki, ikinci qərar qəbul edilənədək İrandan Səudiyyə Ərəbistanına Ümrə və Həcc ziyarətləri dayandırılsın.

Fövqəladə toplantıya prezident Həsən Ruhani başçılıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR