Suriyada Rusiyanın vahid hərbi bazası yaradıla bilər

Suriyada Rusiyanın vahid hərbi bazası yaradıla bilər
# 16 oktyabr 2015 14:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya Suriyada vahid hərbi baza yaratmağı planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının baş əməliyyat idarəsinin rəhbəri Andrey Kartapolov “Komsomolskaya pravda”ya müsahibəsində bildirib.

O qeyd edib ki, hərbi baza özündə dəniz, quru və hava qüvvələrinin komponentlərini birləşdirəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistin A. Kartapolovun dedikləri ilə bağlı sualını belə cavablandırıb: “Siz baş qərargah rəisinin ali baş komandanın əmri olmadan belə qərar qəbul etdiyini demək istəyirsiz?”.

Qeyd edək ki, Rusiya hərbçiləri hazırda Latakiya yaxınlığındakı Hmeymim aerodromundan və Tartusdakı hərbi-dəniz donanmasının maddi-texniki məntəqəsindən istifadə edir.

Xatırladaq ki, Rusiya sentyabrın 30-dan başlayaraq Suriyada İŞİD-in mövqelərinə aviazərbələr endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR