“İkinci dünya müharibəsi və Azərbaycan” adlı respublika konfransı keçirilib

“İkinci dünya müharibəsi və Azərbaycan” adlı respublika konfransı keçirilib
# 20 noyabr 2015 08:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A. Bakıxanov Tarix İnstitutu və Qərb Universitetinin birgə təşkilatçılığı ilə “İkinci dünya müharibəsi və Azərbaycan” adlı respublika konfransı keçirilib.

Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov Azərbaycan xalqının, Bakı neftinin II Dünya müharibəsində rolu haqda danışıb: “Yusif Məmmədəliyevin ixtirası ilə II Dünya müharibəsində dönüş yarandı. Azərbaycan xalqının zəkasının faşizm üzərində qələbədə mühüm rolu var”.

Direktor qeyd edib ki, Sovet vaxtı cəmiyyətə yalançı tarixi sırıyıblar, ona görə də hazırda Azərbaycan tarixi yenidən araşdırılır.

Konfransda Cəbi Bəhramovun “İkinci Dünya müharibəsi və Bakı nefti”, İradə Bağırovanın “İkinci Dünya müharibəsi və Böyük Vətən müharibəsinin müasir tarixşünaslığı”, Sevinc Əliyevanın “Azərbaycanlılar İkinci Dünya müharibəsi cəbhələrində”, Azad Rzayevin “Azərbaycan sənayesi və nəqliyyatı Böyük Vətən müharibəsi illərində”, Şahin Bağırovun “İkinci Dünya müharibəsi və Azərbaycanın elitası”, Mehman Həsənovun “İkinci Dünya müharibəsinin başlıca xüsusiyyətləri və müharibədə Azərbaycanın iştirak səbəbləri” adlı elmi məruzələri dinlənilib.

Sonda AMEA Tarix İnstitutu və Qərb Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR