Yevlaxda müəllimə məktəbdə qardaşı tərəfindən qətlə yetirilib - YENİLƏNİB

Yevlaxda müəllimə məktəbdə qardaşı tərəfindən qətlə yetirilib - <span style="color: red;">YENİLƏNİB
# 12 yanvar 2016 13:09 (UTC +04:00)

Yevlax. Ziya Əmirxanlı - APA. Yevlaxda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yevlax şəhərindəki 2 saylı musiqi məktəbinin qarşısında qeydə alınıb.

Məktəbdə müəllimə işləyən 35 yaşlı Süleymanova Ahu Nadir qızı məktəbin binası qarşısında qardaşı Hüseynov Veysəl Nadir oğlu tərəfindən bıçaqlanıb. A. Süleymanova hadisə yerində dünyasını dəyişib.

Qadının 2 övladının olduğu bildirilir. Qətlin səbəbi məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

saat 15.36

Yevlax. Ziya Əmirxanlı - APA. Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yevlax şəhərindəki musiqi məktəbinin qarşısında qeydə alınıb. Məktəbdə müəllimə işləyən qadın məktəbin binası qarşısında qardaşı tərəfindən bıçaqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR