İlkin mərhələdə Neftçala sənaye məhəlləsinə 16 mln. manata yaxın investisiya yatırılacaq

İlkin mərhələdə Neftçala sənaye məhəlləsinə 16 mln. manata yaxın investisiya yatırılacaq
# 09 oktyabr 2015 09:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gələn ilin I yarısında Neftçala rayonunda ilk sənaye məhəlləsi fəaliyyətə başlayacaq.

APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan” qəzetində dərc olunan məqaləsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda sənaye məhəlləsində geniş infrastruktur şəbəkəsinin (elektrik, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, inzibati, istehsal və digər infrastruktur obyektlərinin) yaradılması işləri aparılır: “Sahibkarlar tərəfindən sənaye məhəlləsində balıq məhsulları və yeminin, müxtəlif avadanlıqların, qapı-pəncərə və tikinti materiallarının, qayıq və balıqçılıq ləvazimatlarının istehsalı ilə bağlı Azərbaycan İnvestisiya Şirkətinə 18 layihə təqdim olunub. Sənaye məhəlləsində sahibkarların fəaliyyətinin səmərəli təşkili üçün hüquqi, bank, sığorta, ümumi mühasibatlıq xidmətləri göstəriləcək, onlara müxtəlif təlimlər keçiriləcək”.

Nazir qeyd edib ki, ilkin mərhələdə şirkətlər tərəfindən sənaye məhəlləsinə 7 layihə üzrə 15,6 mln. manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir: “Burada sənaye istehsalı və ya sənaye ilə bağlı xidmət üzrə layihələr həyata keçirmək istəyən sahibkarlar Azərbaycan İnvestisiya Şirkətinə müraciət edə bilərlər: “Sənaye sahəsində həyata keçirilən tədbirlər rəqabətqabiliyyətli məhsul istehsalının genişlənməsi ilə bərabər, idxalın əvəz edilməsinə də öz töhfəsini verir. Məsələn, son illər yeni sement zavodlarının fəaliyyətə başlaması bu sahədə ölkəmizin illik istehsal gücünün 5 milyon tonu ötməsinə və tələbatın əsasən yerli istehsal hesabına ödənilməsinə imkan yaradıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR