"Azəriqaz" ötən ay ASAN xidmət vasitəsilə 16 mindən çox abonentə xidmət edib

"Azəriqaz" ötən ay ASAN xidmət vasitəsilə 16 mindən çox abonentə xidmət edib
# 16 mart 2016 09:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə ümumilikdə 16 041 müraciət daxil olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR