Dövlət Kukla Teatrı “Çəkməli pişik” tamaşasını səhnəyə hazırlayır

Dövlət Kukla Teatrı “Çəkməli pişik” tamaşasını səhnəyə hazırlayır
# 20 may 2015 14:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Şarl Perronun “Çəkməli pişik” tamaşası səhnəyə hazırlanır. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmovanın APA-ya verdiyi məlumata görə, “Çəkməli pişik” fərqli yozum və səhnələşdirmə ilə azyaşlı tamaşaçıların ixtiyarına veriləcək.

Rejissor Anar Məmmədov uşaqların tamaşanı anlamaqda çətinlik çəkməməsi üçün səhnə əsərinə yeni obrazların əlavə olunduğunu bildirib.

Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Səhnə işində əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman və başqaları ifa edəcək.

Teatr mövsümünün sonunda səhnə əsərinin premyerası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR