Naməlum məzarlardakıların şəxsiyyətinin gec müəyyənləşdirilməsinə aydınlıq gətirilib

Naməlum məzarlardakıların şəxsiyyətinin gec müəyyənləşdirilməsinə aydınlıq gətirilib
# 30 aprel 2024 12:57 (UTC +04:00)

Biz naməlum şəhid məzarlıqlarının yerini 2005-ci ildən müəyyən etmişik.

APA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov naməlum məzarlardakıların şəxsiyyətinin niyə gec müəyyənləşdirilməsinə aydınlıq gətirərkən bildirib.

O deyib ki, 2014-cü ildən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyilə ailələrdən bioloji nümunələr götürülməyə başlanıb və layihə 2022-ci ilin dekabrında başa çatıb: “Bütün ailələrdən bioloji nümunələr götürülməsə, meyit qalıqlarının eyniləşdirilməsi mümkün olmaz. Təəssüf ki, əvvəllər bir çox itkin ailələri bioloji nümunə götürməkdən imtina edirdi, bəziləri xaricdə idi. Vətən müharibəsindən sonra bioloji nümunə vermək istəyən itkin ailələrinin sayı artıb”.

Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Selcan Familzadə deyib ki, Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş şəhid məzarında ekshumasiya edilməsi və meyit qalıqları ilə bağlı məhkəmə tibbi-kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizalarının aparılması ilə əlaqədar respublikanın 13 şəhər və rayonları ərazisində yerləşən 21 qəbiristanlıqdakı şəhid məzarından 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib.

Brifinqdə o da qeyd edilib ki, hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkar edilib, həmin kütləvi məzarlıqlardan ən azı 172 nəfər şəxsə məxsus meyit qalıqları aşkar edilib və onlardan 55 nəfərinin şəxsiyyəti eyniləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR