Bank Of Baku

Əlcəzairin Millət Şurası Fransa Senatı ilə əlaqələri dayandırdığını elan edib

Əlcəzairin Millət Şurası Fransa Senatı ilə əlaqələri dayandırdığını elan edib
# 27 fevral 2025 05:06 (UTC +04:00)

Əlcəzairin Millət Şurası (parlamentin yuxarı palatası) Fransa Senatı ilə əlaqələri dərhal kəsəcəyini elan edib.

APA xəbər verir ki, bu barədə “Algerie360” informasiya portalı məlumat yayıb.

Onun sözlərinə görə, bu qərar Fransa Senatının sədri Jerar Larşenin bu həftə Mərakeş hakimiyyətinin nəzarəti altında olan Saharavi əyalətinin El Aaiun şəhərinə səfərinə cavab olaraq qəbul edilib.

Əlcəzair onilliklər ərzində Saharavi xalqının öz müqəddəratını təyinetmə və müstəqillik hüququnu dəstəkləyir və Mərakeşin Qərbi Sahara üzərində nəzarətini işğal hesab edərək rədd edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR