Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər
# 13 may 2015 14:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçiləri – Elşad Həmidov və Cəlal Salayevlə birlikdə bir neçə polis şöbəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq Cəlilabad, Masallı və Lənkəran rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində olub: “Saxlanılan şəxslər əsasən narkotik dövriyyəsi, oğurluq və avtoxuliqanlıqda təqsirləndirilən şəxslərdən ibarətdir. Lənkəran Polis Şöbəsinin müvəqqəti saxlanma yeri təmir olunub və standartlara cavab verir. Digər rayonlarda monitorinq zamanı saxlanılan şəxslərdən bəziləri istintaq təcridxanasından və müstəntiqlərin işi düzgün aparmamağından şikayət etdilər. Bildirdilər ki, Bakı İstintaq təcridxanasında həkimlər onları düzgün müayinə etmirlər. Biz həmin şikayətləri adiyyatı qurumları çatdıracağıq ”.

E. Behbudov gün ərzində Lerik rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində də monitorinq keçirəcəklərini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR