Bank Of Baku

Konqoda yeni Ebola epidemiyası 15 nəfərin ölümünə səbəb olub

Konqoda yeni Ebola epidemiyası 15 nəfərin ölümünə səbəb olub
# 05 sentyabr 2025 13:41 (UTC +04:00)

Konqo Respublikasında yeni Ebola epidemiyasının simptomları olan 28 nəfərdən 15-i ölüb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Konqo Respublikasının Səhiyyə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, bu, Konqoda Ebola epidemiyasının 16-cı dalğasıdır. Səhiyyə naziri Samuel-Roger Kamba deyib ki, təxminən 53,6% ölüm nisbəti vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

Qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərini və Konqo Respublikasının Sürətli Reaksiya Komandasını epidemiyanın baş verdiyi Kasai vilayətinə göndərərək xəstəliyə nəzarəti gücləndirmək, müalicə və infeksiyanın qarşısının alınması tədbirlərini həyata keçirmək üçün iş aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR