Paşha Bank
Bank Of Baku

Malidə daşqınlar nəticəsində azı 13 nəfər ölüb

Malidə daşqınlar nəticəsində azı 13 nəfər ölüb
# 26 sentyabr 2026 04:41 (UTC +04:00)

Malidə baş verən daşqınlar nəticəsində azı 13 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Bu barədə “Malijet” ölkənin Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin Böhranların Koordinasiyası və İdarə Edilməsi Mərkəzinə istinadən məlumat yayıb.

Daşqınların ölkənin yeddi regionunu əhatə etdiyi, 470-dən çox yaşayış binasının dağıldığı bildirilir. Təbii fəlakətdən ümumilikdə 12 mindən çox insan zərər çəkib.

Hakimiyyət evsiz və ərzaqsız qalan sakinlərə humanitar yardım göstərilməsi üçün tədbirlər görür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR