Bank Of Baku

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib
# 01 avqust 2026 03:21 (UTC +04:00)

Mərakeşdə təhlükəsizlik qüvvələri İspaniyanın Afrikadakı şəhəri Melilyaya qanunsuz keçməyə cəhd edən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

APA xəbər verir ki, bu barədə Hespress portalı məlumat yayıb.

Əsasən azyaşlılardan ibarət onlarla mərakeşli gənc Melilyaya aparan "Bəni-Ənsar" sərhəd-keçid məntəqəsinə hücum etməyə cəhd göstərib.

Onlar polisə daş atıb və təhlükəsizlik qüvvələri ilə toqquşublar. Nəticədə polis vəziyyəti nəzarətə almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yerli hakimiyyət sərhəd-keçid məntəqəsi ətrafında polis qüvvələrini gücləndirib.

Hazırda ərazidə vəziyyət gərgin olaraq qalır və təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR