Bank Of Baku

Misir Prezidenti britaniyalı fəalı əfv edib

Alaa Abd əl-Fəttah

© APA | Alaa Abd əl-Fəttah

# 22 sentyabr 2025 17:06 (UTC +04:00)

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi tanınmış misirli-britaniyalı fəal Alaa Abd əl-Fəttahı əfv edib.

APA xəbər verir ki, bu haqda “Al-Qahera News” Misir rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Ərəb Baharının ən tanınmış simalarından olan Alaa Abd əl-Fəttah 2013-cü ildə Sisinin hakimiyyətə gəlməsindən sonra həbs olunub. O, 2014-cü ildə icazəsiz etirazlarda iştirak etdiyinə görə 15 il həbs cəzasına məhkum edilib, daha sonra bu müddət 5 ilə endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR