Bank Of Baku

Misir XİN rəhbəri: Yaxın Şərqdə sabitliyin təmin edilməsi üçün ortaq maraq var

Misirin xarici işlər naziri Bədr Abdel Ati

© APA | Misirin xarici işlər naziri Bədr Abdel Ati

# 18 aprel 2026 12:47 (UTC +04:00)

Təkcə region yox, bütün dünya Yaxın Şərqdəki müharibədən əziyyət çəkir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Abdel Ati Antalya Diplomatiya Forumunda jurnalistlərə deyib.

XİN rəhbəri bildirib ki, müharibə qlobal ərzaq və enerji təhlükəsizliklərinə təsir edir.

Onun sözlərinə görə, müharibə enerji qiymətlərinin artmasına, təchizat zəncirindəki fasilələrə və digər bir sıra problemlərə yol açıb ki, bunun da nəticəsində həm region, həm də bütün dünya əziyyət çəkir: “Buna görə də biz tez bir zamanda deeskalasiyaya doğru irəliləmək və diplomatiyaya qapı açmaq üçün çalışırıq. Məhz buna görə də səylərimizi davam etdirməli və “qazan-qazan” prinsipi əsasında bu məqsədə çatmaq üçün təzyiqimizi artırmalıyıq. Şübhəsiz ki, koordinasiya davam edir. Gərginliyin azaldılması, həmçinin bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün ortaq maraq var”.

Nazir əlavə edib ki, əgər sülh əldə olunmazsa, daha faciəli vəziyyət hökm sürə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR