Nigerin cənub-qərbində Kokorou bölgəsindəki Fonbita kəndindəki məscidə hücum nəticəsində azı 44 nəfər həlak olub.
APA "AA"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mohamed Toumba məlumat verib.
Nazir Toumba, 44 nəfərin öldürüldüyü, 4-ü ağır olmaqla 13 nəfərin yaralandığı hücumun İŞİD terror təşkilatına bağlı quruplaşmalar tərəfindən həyata keçirildiyini qeyd edib.
Hökumət 72 saatlıq milli matəm elan edib.