Nigeriyada avtobus minaya düşüb: 8 nəfər ölüb, 20-dən çox yaralı var

Nigeriyada avtobus minaya düşüb: 8 nəfər ölüb, 20-dən çox yaralı var
# 13 aprel 2025 03:51 (UTC +04:00)

Nigeriyanın şimal-şərqində avtobusun minaya düşməsi nəticəsində azı 8 nəfər ölüb, 21 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə "Daily Trust" qəzeti məlumat yayıb.

Hadisə Mayduquri-Damboa avtomobil yolunda baş verib. Partlayıcı qurğunun “Boko Haram” ekstremist qruplaşması tərəfindən yola qoyulduğu iddia edilir. Avtobus hərbçilərin mühafizəsi altında hərəkət edib.

Partlayışın baş verdiyi rayonun rəhbəri Lovan Maina yaralıların Maiduquri xəstəxanasına aparıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR