Nigeriyada bir neçə həftədir davam edən daşqınlar 185 nəfərin ölümünə, 208 mindən çox insanın isə məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub.
APA xəbər verir ki, bu barədə “Maliactu” portalı məlumat yayıb.
Ümumilikdə ölkə üzrə 107 min hektar ərazidə kənd təsərrüfatı bitkiləri məhv edilib ki, bu da Nigeriya əhalisinin əksəriyyətinin ərzaq təhlükəsizliyini təhdid edir.
Nigeriya hökuməti təcili yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib.