Nigeriyada silahlı hücum nəticəsində 51 nəfər həlak olub

Nigeriyada silahlı hücum nəticəsində 51 nəfər həlak olub
# 15 aprel 2025 00:45 (UTC +04:00)

Nigeriyanın şimalındakı Plato əyalətində bu gün səhər saatlarında silahlıların hücumu nəticəsində azı 51 nəfər həlak olub.

APA xəbər verir ki, hücum əyalətin başqa bir hissəsində onlarla insanın ölümünə səbəb olan qarşıdurmalardan cəmi iki həftə sonraya təsadüf edir.

Hücumlardan sonra Plato əyalətinin Bassa bölgəsindəki Zikke və Kimakpa kəndlərində 51 cəsəd tapılıb.

Bundan başqa hücumlar nəticəsində çoxlu sayda insanın yaralandığı bildirilir. Hücumun səbəbi hələlik bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR