Nigeriyanın cənub-şərqində yerləşən Benue ştatında silahlıların hücumu nəticəsində azı 56 nəfər həyatını itirib.
APA xəbər verir ki, bu barədə "AFP" agentliyi ştat qubernatorunun mətbuatla əlaqələr üzrə müşaviri Solomon İorpevə istinadla məlumat yayıb.
“Son hesablamalara əsasən, hücum nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb”, – deyə İorpev bildirib.