Qəbələdə qohumuna bıçaqla xəsarət yetirən maskalı şəxs tutulub - YENİLƏNİB

Qəbələdə qohumuna bıçaqla xəsarət yetirən maskalı şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB
# 20 noyabr 2017 13:09 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Qəbələdə 66 yaşlı qadının qohumu tərəfindən bıçaqlanması barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, noyabrın 18-də səhər saatlarında Qəbələ Rayon Polis Şöbəsinə şəhər sakini olan qadına qarşı quldurluq edilməsi barədə məlumat daxil olub.

Dərhal həmin ünvana gələn istintaq-əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb, xəsarət almış 66 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Araşdırmalarla evə zirzəminin pəncərəsindən girmiş maskalı şəxsin onun baş, qol və sinə nahiyələrinə bıçaqla xəsarət yetirməsi, 115 manatını və qızıl üzüyünü alması müəyyən edilib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Bakı şəhər sakini olan Natiq Paşabəyli müxtəlif yalanlar uydurmaqla məsuliyyəti boynundan atmaq istəsə də, tutarlı faktlar qarşısında törətdiyi cinayət əməlini etiraf edib.

Onun həmin qadının yaxın qohumu olması, bir gün əvvəl taksi ilə Qəbələyə gəldiyi, tamah məqsədilə bu əməli törətdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onun cinayətdə istifadə etdiyi əlcək rayon ərazisində atdığı yerdən, götürdüyü qızıl üzük isə paytaxtda satdığı mağazadan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri aparılır.

***

10.56

Qəbələ rayonunda qadın yaşadığı evdə bıçaqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qəbələ şəhərinin İ.Qutqaşınlı küçəsindəki 17 saylı mənzildə qeydə alınıb.

Rayon sakini, 1951-ci il təvəllüdlü Xasməmmədova Elmira Abdurrəhman qızı yaxın qohumu tərəfindən bıçaqlanıb.

Qadın çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq cərrahiyyə əməliyyatı olunub. Hazırda reanimasiya şöbəsində olan 66 yaşlı E.Xasməmmədovanın vəziyyəti ağır olaraq qalır.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR