Quba-Qusar yolunda turistlərin olduğu avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Quba-Qusar yolunda turistlərin olduğu avtomobil aşıb, 5 nəfər xəsarət alıb
# 07 fevral 2020 19:54 (UTC +04:00)

Quba-Qusar yolunda yol nəqliyyat-qəzasında baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, içərisində ərəb turistlərin olduğu “Mercedes Vita” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon xəstəxanasına gətirilib.

İlkin tibbi yardımdan sonra onlar Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR