Yaqub Mahmudov: "Azərbaycan Xalq Cümhuriyyətinin xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil"

Yaqub Mahmudov: "Azərbaycan Xalq Cümhuriyyətinin xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil"
# 08 fevral 2017 15:53 (UTC +04:00)

AMEA Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Elmi Şuranın qərarı ilə Tarix İnstitutunun “tarix.gov.az” portalının yeni variantı təsdiq edilib.

İclasda Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, tarixi şəxsiyyətləri, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları tarixdə olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır: “Cümhuriyyət tarixi bizim şanlı tariximizdir”.

Elmi Şuranın iclasında üçcildlik “Azərbaycan tarixi”, “Zəngəzur tarixi” kitablarının nəşrə hazırlıq işləri müzakirə edilib və müəllif heyətinə tapşırıqlar verilib.

İclasda bildirilib ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Qeyd olunub ki, indiki Ermənistan respublikasının ərazisi 1918-ci ilə qədər Azərbaycan xalqının tarixi torpağı olub və bu ərazi “Azərbaycan tarixi”nin yeni nəşrinə daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR