Bank Of Baku

Syerra-Leonenin sabiq prezidenti sürgündən qayıdıb

Syerra-Leonenin sabiq prezidenti sürgündən qayıdıb
# 07 sentyabr 2026 03:12 (UTC +04:00)

Syerra-Leonenin 2007-2018-ci illərdə prezidenti olmuş Ernest Bai Koroma dövlətə xəyanət ittihamlarının götürülməsindən sonra ölkəyə qayıdıb.

APA xəbər verir ki, 72 yaşlı Koroma Nigeriyadan paytaxt Fritauna gəlib.

O, 2023-cü ilin noyabrında baş vermiş çevriliş cəhdi ilə bağlı 2024-cü ildə dövlətə xəyanətdə ittiham olunmuşdu. İttihamlar bu ilin iyulunda ləğv edilib.

Koroma çevriliş araşdırması çərçivəsində ölkəni tərk etdikdən sonra Nigeriyada qalıb.

Qeyd edək ki, Syerra-Leonedə növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR