İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Sumqayıt ŞPİ-də monitorinq keçirib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Sumqayıt ŞPİ-də monitorinq keçirib
# 26 may 2018 10:19 (UTC +04:00)

İşgəncələrə qarşı Azərbaycan Komitəsi Sumqayıt Şəhər Polis İdarəsində (ŞPİ) monitorinq keçirib.

Komitədən APA-ya verilən məlumata görə, monitorinqdə ictimai komitənin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov, hüquq şöbəsinin müdiri Rövşən Məmmədov və digər şəxslər iştirak ediblər.

Monitorinq iştirakçıları Sumqayıt ŞPİ-də saxlanılan 23 nəfərə baş çəkiblər. Onlardan 17 nəfəri inzibati qaydada tutulan şəxslər olub.

Saxlanılan şəxslər qeyri – insani rəftar və işgəncəyə məruz qalmadıqlarını bildiriblər.

Komitə əməkdaşları daha sonra Sumqayıt ŞPİ-nin 1-ci, 2-ci, 3-cü və 4-cü polis bölmələrinə baş çəkiblər. Əvvəlki illərdə bu bölmələrdə müvəqqəti saxlama yerləri olmayıb. Monitorinq zamanı müəyyən edilib ki, bölmələrin hamısında müvəqqəti saxlama yerləri inşa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR