Bu ilin 3 rübündə “Şahdəniz” yatağından 8 mlrd. kubmetr qaz və 1,9 mln. ton kondensat hasil edilib

Bu ilin 3 rübündə “Şahdəniz” yatağından 8 mlrd. kubmetr qaz və 1,9 mln. ton kondensat hasil edilib
# 18 noyabr 2016 10:38 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam etdirilib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, həmin dövr ərzində yataqdan 8 mlrd. standart kubmetr qaz və 1,9 mln. ton (təqribən 15 mln. barel) kondensat hasil edilib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 29,5 mln. standart kubmetr və ya ildə təqribən 10,8 mlrd. kubmetrdir.

Bu ilin ilk üç rübü ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 334 mln. dollar əməliyyat xərcləri və təqribən 2,77 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir.

Qeyd edək ki, “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), “Cənub Qaz Dəhlizi Apstrim” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%), və TPAO (19%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR