"Albalı plus” müştəriləri üçün "şəxsi kabinet" funksiyası təkmilləşdirilib

"Albalı plus” müştəriləri üçün "şəxsi kabinet" funksiyası təkmilləşdirilib
# 18 iyun 2015 12:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Unibank” müştərilərinin daha bir istəyini reallaşdırıb. İndi “Albalı plus” (Albalı) kartına sahib olan hər kəs “şəxsi kabinet”ə daxil olaraq, kartı ilə bağlı suallarına cavab tapa biləcək.

Daha da təkmilləşdirilən vahid “şəxsi kabinet” kart sahiblərinə müxtəlif xidmətlər təklif edir. Təkmilləşdirilən şəxsi kabinetdə müştəriləri aşağıdakı yeniliklər gözləyir:

- kart üzrə növbəti ödəniş tarixini bilmək

- keçmiş ödənişləri və ödənilən məbləğlərin hesabdan necə silindiyini görmək

- gələcək taksit qrafiki və necə formalaşdığının şahidi olmaq

- şəxsi e-mail ünvanınızı daxil etmək və dəyişmək

Xatırladaq ki, “Albalı plus” (Albalı) kart istifadəçiləri şəxsi kabinet vasitəsi ilə kart üzrə ödənişləri, minimal ödənilən məbləğ və ödəniş qrafikini, ümumi borcu, kartın və kreditin müddətini və bu kimi bir çox digər məlumatları öyrənirlər. Şəxsi kabinetə günün istənilən vaxtı www.albali.azwww.unibank.az saytı vasitəsi ilə daxil olmaq mümkündür. Bunun üçün “Albalı plus” (Albalı) kartlarının son 8 rəqəmi və şəxsiyyət vəsiqəsinin pin kodu tələb olunur.

“Unibank” müştərilərinin ehtiyac və arzularını bir məhsulda - “Albalı plus” kartında birləşdirib. Artıq “Unibank” müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. “Albalı plus” beynəlxalq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR