Nazirlər Kabinetinin aylıq informasiya bülleteninin hazırlanmasına başlanıb

Nazirlər Kabinetinin aylıq informasiya bülleteninin hazırlanmasına başlanıb
# 04 dekabr 2019 19:23 (UTC +04:00)

Nazirlər Kabinetinin aylıq informasiya bülleteninin hazırlanmasına başlanıb.

APA-nın məlumatına görə, ilk informasiya bülleteni noyabr ayına həsr edilib.

Bülletendə qeyd edilib ki, 2019-cu ilin noyabr ayı ərzində Nazirlər Kabineti (NK) 27 Qərar hazırlayıb. Ay ərzində Baş Nazir Əli Əsədovun Qazaxıstanın Aktau şəhərinə və Londona iki xarici səfəri olub. Aktauda Baş Nazir Azərbaycan və Qazaxıstan arasında dənizin dibi ilə çəkiləcək fiber-optik rabitə xəttinin təçməlqoyma mərasimində iştirak edib. Bu nəhəng layihə çərçivəsində 380-400 kilometr uzunluğunda fiber-optik rabitə xəttinin çəkilişini Azərbaycanın rabitə operatoru “Azərtelecom”, Qazaxıstanın “Transtelekom” və “KazTransCom” şirkətləri həyata keçirəcəklər. Rabitə xəttinin inşası 2021-ci ilin sonuna qədər tamamlanacaq. Xəttin məlumat ötürmə qabiliyyəti saniyədə 4-6 terabit təşkil edəcək. Bu, Prezident İlham Əliyevin Azərbaycanı nəqliyyat və informasiya qovşağına çevirmək siyasətində yeni mərhələdir.

Asiya ilə Cənubi Qafqaz arasında Baş Nazir Əli Əsədov 19 noyabr noyabr 2019-cu ildə Qazaxıstanın Aktau şəhərində Xəzərin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin inşasına başlanması ilə bağlı keçirilən təməlqoyma əlaqədlərdə gəmiçilik, limanlar və dəmiryolu komponentlərindən sonra ən mühüm tərkib hissəsidir. Rabitə xətti Azərbaycanla Qazaxıstanın mülkiyyətidir və Azərbaycanla Qazaxıstanın əlahiddə gücünü və müstəqillliyini də artırır. Azərbaycanın iqtisadi, nəqliyyat və informasiya təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək. “Rəqəmsal ipək yolu”nun mühüm hissəsi olub Azərbaycanla Qazaxıstanı Avropanın internet mərkəzləri ilə birbaşa əlaqələndirəcək, regionun digər dövlətlərinin də internetə çıxışını gücləndirəcək.

Baş Nazirin Londona səfəri zamanı Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüş olub. Noyabr ayı ərzində Baş Nazir Avropa Yenidənqurma və İnkişaf Bankının Şərq Tərəfdaşlığı İnvestisiya sammitində iştirak edib. AYİB-in Şərq Tərəfdaşlığı İnvestisiya Sammiti çərçivəsində Azərbaycanın Baş Naziri Ukraynanın Baş Naziri Aleksey Qonçaruk, Moldovanın Baş Naziri İon Kiku və Avropa Yenidənqurma və İnkişaf Banının prezidenti Suma Çakrabarti ilə ikitərəfli görüşlər keçirib. Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlıq Sazişi və Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycanın Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda iştirakı ilə əlaqədar ianə haqqında Saziş imzalanıb. Bu sazişlərin imzalaması Azərbaycan şirkətlərinə investisiyalar cəlb etmək imkanı yaradır. Londondakı görüş və diskussiyalar zamanı Baş Nazir Ə.Əsədov Prezident İlham Əliyevin apardığı islahatların mahiyyəti və perspektivləri, gələcək planlar haqda danışıb. AYİB-in Prezidenti Suma Çakrabarti isə Azərbaycanın qeyri-neft iqtisadiyyatını inkişaf etdirmək üçün çox iş gördüyünü vurğulayıb və avropalı investorları “Şərq Tərəfdaşlığı”na üzv ölkələrə sərmayə yatırmağa çağırıb.

Baş Nazir ötən ay BP şirkətinin hasilat üzrə icraçı direktoru Bernard Luni ilə də görüşüb.

Prezident İlham Əliyevin tapşırığı ilə Baş Nazir Əli Əsədov və müvafiq qurumların rəhbərləri noyabrın 25-də və 30-da iki dəfə Bibiheybət yolunda baş vermiş sürüşmə zonasında olublar. Hadisənin səbəblərini öyrənmək, gələcəkdə baş verməməsi üçün əsaslı tədbirlər görülməsi üçün yerli və xarici mütəxəssislər cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR