"Bakı-2015" və "Nar" sonuncu şanslı qalibi elan edib - FOTO

"Bakı-2015" və "Nar" sonuncu şanslı qalibi elan edib - <span style="color: red;">FOTO
# 11 iyun 2015 07:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Nar" Fuad Həsənovun Avropa Oyunlarının IV və sonuncu şanslı qalibi olduğunu elan edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bilet nömrəsi Fuad Həsənovun bəxtinə təsadüfü çəkilişlə düşüb və o, "Nar "dan iPhone 6+, iPad Air 2, 3G Nar internet paketi, xüsusi nömrə və nəhayət ömürlük danışıq paketi qazanıb.

“Bakı 2015”in ”Şanslı qalib” kampaniyası “onlayn” bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi qiymətli hədiyyələr üzrə keçirilir. Əvvəlki şanslı qaliblərə Azərbaycan Hava Yolları (AzAL) tərəfindən Nyu-York şəhərinə iki nəfərlik biznes-klass, gediş-gəliş uçuş bileti və 1500 AZN məbləğində cib xərcliyi, “Tissot”un xüsusi hazırladığı kişi və qadın saatı, bütün ailə üçün "P&G" məhsullarının illik tədarükü təqdim edilib. Bütün şanslı qaliblər “Bakı 2015”in açılış və bağlanış mərasimlərinə iki VIP bilet qazanıblar.

Şanslı qalib Fuad Həsənov bildirib: “Mən idman azarkeşiyəm və I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mənim üçün möhtəşəm fürsət olub. Lakin belə möhtəşəm hədiyyəni udmaq gözlənilməz idi! Ölkənin ən sürətlə inkişaf edən mobil operatoru "Nar" dan ömürlük danışıq paketi qazanmaq mənim üçün böyük dəyişiklər edəcək. “Bakı 2015”in açılış və bağlanış mərasimlərini səbirsizliklə gözləyirəm”.

"Nar"in baş direktoru Kent MakNili bildirib: ““Bakı 2015” Avropa Oyunları ölkəmiz üçün tarixi anlar yaşadacaq və "Nar" - "Şanslı alib" kampaniyası vasitəsilə Azərbaycan xalqına həyəcanlı anlar yaşatdığı üçün fəxr edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR