Zambiyada gəmi qəzası nəticəsində azı 13 nəfər ölüb

Zambiyada gəmi qəzası nəticəsində azı 13 nəfər ölüb
# 26 mart 2025 07:28 (UTC +04:00)

Zambiyada çayda baş verən gəmi qəzası nəticəsində ən azı 13 nəfər boğulub, 6 nəfər isə xilas edilib.

APA xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Hadisə ölkənin şimalında Luapula əyalətində baş verib. Luena çayında güclü axın səbəbi ilə gəmi aşıb.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR