Bakının Heydər Əliyev prospektində “Mercedes” və "Opel" toqquşub, sürücü ağır xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Bakının Heydər Əliyev prospektində “Mercedes” və "Opel" toqquşub, sürücü ağır xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 mart 2014 18:37 (UTC +04:00)

APA-nın xəbərinə görə, "Koroğlu" metro stansiyasından şəhər istiqamətində hərəkətdə olan Cəbrayılov Heydərin idarə etdiyi "90 EZ 777" dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil İntiqam Orucovun idarə etdiyi "90 MJ 205" "Opel" markalı maşınla toqquşub. Qəza nəticəsində "Opel"in sürücüsü ağır xəsarət alıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsinin hadisə yerində olan əməkdaşlarından APA-ya verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "Mercedes" markalı avtomobilin sürücüsü səbəb olub. Belə ki, "Koroğlu" metro stansiyasından şəhər istiqamətində hərəkətdə olan "Mercedes"in sürücüsü qəfil hərəkət zolağını dəyişib və "Opel" markalı avtomobili yolun kənarına sıxışdırıb. Nəticədə "Opel" markalı avtomobil işıq dirəyinə çırpılaraq aşıb. Hadisə şahidlərindən alınan ilkin ifadə əsasında məlum olub ki, "Mercedes"in sürücüsü sürət həddini aşaraq, tez-tez manevr edərək hərəkət zolağını dəyişirmiş.

Qeyd edək ki, qəza nəticəsində Heydər Əliyev prospektində tıxac meydana gəlib. Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsinin əməkdaşları hər iki avtomobili evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırdıqdan sonra prospektdə nəqliyyatın hərəkəti normallaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR