Putin: “Əsas odur ki, qoşunlar Ukraynanın cənub-şərqindən çıxarılsın və dialoqa başlanılsın”

Putin: “Əsas odur ki, qoşunlar Ukraynanın cənub-şərqindən çıxarılsın və dialoqa başlanılsın”
# 01 may 2014 13:34 (UTC +04:00)

Hazırda əsas olan bunlardır.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel ilə telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

Kremlin mətbuat xidməti telefon danışığının Almaniya tərəfinin təşəbbüsü ilə baş tutduğunu bildirir.

Rusiya və Almaniya liderləri yaxın zamanlarda bir daha telefonla danışacaqlarını razılaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR