"Crocus" terror aktının təşkilatçılarından biri məhv edilib

"Crocus" terror aktının təşkilatçılarından biri məhv edilib
# 03 may 2024 13:39 (UTC +04:00)

"Crocus" terror aktının təşkilatçılarından biri məhv edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən Leninqrad vilayətində həbs cəhdi zamanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin agenti Nikolay Surnovun öldürüldüyünü açıqlayıb.

Qeyd olunub ki, Surnov “Crocus”da törədilən terror aktının şübhəli ortaqlarından və təşkilatçılarından biri olub.

Onun avtomobilindən silah və partlayıcı maddələrin izləri aşkar edilib.

FTX-nin məlumatına görə, Surnov Litvadan Rusiyaya gələrək Rusiya Müdafiə Nazirliyinin obyektlərində terror aktları planlaşdırıb. O, Leninqrad vilayətinin Qatçina rayonunda aşkarlanıb. Saxlanılan zaman müqavimət göstərib və güllələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR