Bakıda Gürcüstan vətəndaşına qarşı quldurluq edilib

Bakıda Gürcüstan vətəndaşına qarşı quldurluq edilib
# 22 aprel 2014 09:36 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda Gürcüstan vətəndaşına qarşı quldurluq edilib. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, aprelin 22-nə keçən gecə Nərimanov rayonu Təbriz küçəsində yerləşən parkda 3 nəfər Gürcüstan vətəndaşı Sabir Namazovu döyərək pul kisəsini və mobil telefonunu alıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətmiş Bakı şəhər sakini Anar Qurbanzadə və Şirvan şəhər sakini Kamran Abbaslı tutulub, Aqil adlı şəxs müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR