Meksikada təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

Meksikada təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb
# 16 noyabr 2014 03:42 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, “Piper” tipli təyyarə San Luis Potosi şəhərindən Torreona uçarkən hələlik məlum olmayan səbəbdən yerə çırpılıb. Ölənlərdən 5 nəfərin bir ailə üzvü, bir nəfərin isə pilot olduğu bildirilir.

Məlumata görə, qəza ucqar ərazidə baş verdiyindən xilasedicilər hadisə yerinə gec gəlib. Meyitlərin yanaraq tanınmaz hala düşdüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR