Azərbaycan paytaxtında qadın 13-cü mərtəbədən düşərək ölüb

Azərbaycan paytaxtında qadın 13-cü mərtəbədən düşərək ölüb
# 15 dekabr 2012 06:51 (UTC +04:00)

Bakı – APA. Bakı şəhərində qadın hündürlükdən yıxılaraq ölüb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, qadın Yasamal rayonunda 16 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsindən yıxılaraq yaxınlıqdakı tikilinin üstünə düşüb və aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi tikilinin üzəridən götürərək aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR