Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin vitse-prezidenti Azərbaycana gəlib

Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin vitse-prezidenti Azərbaycana gəlib
# 13 dekabr 2012 09:13 (UTC +04:00)

Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib.

E. Behbudov Azərbaycanda səfərdə olan AŞ İşgəncələrə Qarşı Komitəsinin vitse-prezidenti Jan Pier və komitənin nümayəndəsi İzabella Vurservasla görüşdüyün bildirib : “Konfidensiallıq baxımından görüşün təfərrüatlarını açıqlaya bilmirəm. Lakin görüş zamanı insan hüquq və azadlıqları, əməkdaşlıq, eyni zamanda işgəncə və qeyri-insani rəftarla bağlı bir sıra məsələləri müzakirə etdik. Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin onlarla əməkdaşlıq edən ölkələrdə heç kimə xəbər vermədən saxlanma yerlərində monitorinq keçirmək hüquqları var. Onların səfərləri də məhz bununla bağlıdır. Azərbaycanda bir sıra saxlanma yerlərində monitorinq keçirəcəklər və hesabat hazırlayacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR