“Deportasiya-Milli faciəmiz və tarixi dərslər” mövzusunda dəyirmi masa keçirilib

“Deportasiya-Milli faciəmiz və tarixi dərslər” mövzusunda dəyirmi masa keçirilib
# 20 dekabr 2012 11:57 (UTC +04:00)

Bakı-APA. Demokratik Qüvvələrin Məşvərət Məclisinin təşkilatçılığı ilə “Deportasiya-Milli faciəmiz və tarixi dərslər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Dəyirmi Masada siyasi partiya rəhbərləri, QHT təmsilçiləri, ziyalılar, deportasiyaya məruz qalan soydaşlarımızın nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Dəyirmi Masada giriş sözü ilə çıxış edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev 150 mindən çox azərbaycanlının tarixi Azərbaycan torpaqları olan, indiki Ermənistan deyilən dövlətin ərazisi hesab edilən dədə-baba yurdlarımızdan deportasiya olunmalarına səbəb olmuş SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli “Ermənistan SSR-dən kolxozçular və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 nömrəli qərarın verilməsindən 65 il keçdiyini bildirib, dəfələrlə xalqımıza qarşı törədilən deportasiya siyasətinin tarixindən, səbəblərindən və faciəvi nəticələrindən bəhs edib. Sonra mövzu ilə bağlı KXCP sədri Mirmahmud Mirəlioğlu, AMİP sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan və başqalarının dinlənilib, müxtəlif təkliflər səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR