Cahangir Hacıyev: «Optimal hədd kimi Azərbaycanda 20 bank olmalıdır»

Cahangir Hacıyev: «Optimal hədd kimi Azərbaycanda 20 bank olmalıdır»
# 16 noyabr 2012 11:21 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu fikri Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev səsləndirib.

C.Hacıyev qeyd edib ki, o, həmişə Azərbaycanın bank bazarında həddindən artıq sayda bankların olduğunu hesab edib və beynəlxalq ekspertlər də bu fikirdə olublar. Bu səbəbdən də C.Hacıyev Mərkəzi Bankın kapitala qarşı tətbiq etdiyi minimal tələblərin artırılmasını dəstəkləyir.

Eyni zamanda ABB sədri hesab edir ki, bütün bankların bir çərçivəyə salınması düzgün deyil: «Mən həmişə bazar tənzimlənməsinin tərəfdarı olmuşam. Nizamnamə kapitalını artırmaq istəyən banklar bunu edəcək, çünki yüksək mövqelərə iddialı olan banklar üçün bu, zəruridir. Lakin kiçik və iri bankları müqayisə etmək və bir çərçivəyə salmaq düzgün deyil». C.Hacıyevin fikrincə, kapitalını artıra bilməyən banklar birləşməli olacaq.

Xatırladaq ki, AMB-nin yeni qərarı ilə 2013-cü il dekabrın 31-dək Azərbaycanda fəaliyyət göstərən bütün bank təşkilatları məcmu kapitalını ən azı 50 mln. manata çatdırmalıdır. Hazırda isə bu minimal tələbnamə 10 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR