Gələn həftə Gürcüstanla Avropa İttifaqı arasında imzalanmış assosiasiya sazişi ratifikasiya olunacaq

Gələn həftə Gürcüstanla Avropa İttifaqı arasında imzalanmış assosiasiya sazişi ratifikasiya olunacaq
# 12 dekabr 2014 15:30 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Dekabrın 17-də Avropa Parlamentində Gürcüstanla bağlı debatlar və bu ölkə ilə Avropa İttifaqı arasında bağlanmış assosiasiya sazişinin ratifikasiyası baş tutacaq.

APA-nın “Qruziya Online” saytına istinadən məlumatına görə, Gürcüstanla bağlı məruzəçi Andrey Mamikin olacaq. Onun hesabatı əsasında Gürcüstanla bağlı qətnamənin qəbulu gözlənilir.

Gürcüstan və Avropa İttifaqı arasında saziş 2013-cü ildə paraflanıb, 27 iyun 2014-cü ildə isə imzalanıb. Noyabrın 17-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi bu sazişi dəstəklədiyini bildirib.

Avropa Parlamentinin plenar sessiyası dekabrın 15-dən 21-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR