Bank Of Baku

Azərbaycanın pambıq ixracı artıb

Azərbaycanın pambıq ixracı artıb
# 17 avqust 2026 16:21 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 172 milyon 264.47 min ABŞ dolları dəyərində pambıq ixrac edib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% çoxdur.

Hesabat dövründə ölkəyə idxal olunan pambığın dəyəri isə 6 milyon 39.37 min ABŞ dolları olub. Bu isə 2024-cü ilə nisbətən 6,6% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,89%-ni, idxal isə ümumi idxalın 0.06%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR